Səhər qəzeti

İran Bayden və Trampın qərargahlarına hücum edib - Rəsmən təsdiqləndi

Tarix:15-08-2024, 14:05
Baxış Sayı:3

 

“Google”, ABŞ prezidenti Co Baydenin qərargahına İran tərəfindən həyata keçirildiyi iddia edilən haker hücumlarını təsdiqləyib.

Şirkət keçmiş prezident Donald Trampın seçki qərargahına hücumların da olduğunu bildirib.

Dərc edilmiş hesabatda bildirilir ki, APT42 (iddia edilən haker qrupunun adı - red. ) İran hökuməti tərəfindən dəstəklənir. Şirkətdən verilən məlumata görə, may və iyun aylarında Bayden və Trampla əlaqəli təxminən 10 nəfərin şəxsi e-poçt hesabları hədəfə alınıb.

Onların hamısı bu və ya digər şəkildə siyasətçilərin seçki qərargahı ilə bağlıdır. “Google”un saytında iddia edilən haker qrupunun yeni taktikalardan istifadə etdiyi bildirilir.

“Google” xəbərdarlıq edib ki, "başqa ölkələrdən gələn zərərli fəaliyyətin artdığını" görür.

Digər xəbərlər
XƏBƏR LENTİ