Səhər qəzeti

İran bütün günahı İsrailin üstünə atdı

Tarix:Dünən, 15:35
Baxış Sayı:2

 

Tehran Livanda rabitə avadanlığının partlamasını terrorizm hesab edir və baş verənlərə görə İsraili günahlandırır.

Bu barədə İranın BMT-dəki missiyası məlumat yayıb.

“İran İslam Respublikası bu təxribat və terror aktını qətiyyətlə pisləyir. İsrail rejimi bu cür iyrənc cinayətlərin törədilməsinə görə tam məsuliyyət daşıyır”, - deyə BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə və Baş Assambleyaya ünvanlanan məktubda deyilir.

İran missiyası hesab edir ki, İsrailin hərəkətləri regional gərginliyi gücləndirməyə yönəlib.

Xatırladaq ki, sentyabrın 17-də Beyrut və Livanın regionlarında peycerlərin kütləvi partlayışı baş vermişdi, nəticədə son məlumatlara görə, 12 nəfər həlak olmuş, yaralananların sayı 4000-dən çox olmuşdur. İranın Livandakı səfiri də bir gözünü itirib, digərini ciddi zədələyən qurbanlar arasındadır. Ölkə hakimiyyəti baş verənlərə görə məsuliyyəti İsrailin üzərinə qoyub.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, kiberhücum İsrail xüsusi xidmət orqanlarının agenti Mahşir Keşer tərəfindən təşkil edilib.

Onu da əlavə edək ki, Livanda radiotexnika və avtomobil pleyerləri partlayıb, bir sıra şəhərlərdə çoxmənzilli binalarda yanğınlar baş verib, avtomobillər yandırılıb.

Digər xəbərlər
XƏBƏR LENTİ