Səhər qəzeti

Sinoptikdən HƏYƏCAN TƏBİLİ: Yer kürəsində maqnit qasırğaları gözlənilir

Tarix:17-08-2024, 08:39
Baxış Sayı:3

 

Bu həftəsonu aşağı intensivlikli maqnit qasırğaları mümkündür.

Bu barədə "Fobos" hava mərkəzinin (Rusiya) aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.

"Şənbə günü axşamdan bazar ertəsinə keçən gecəyə qədər zəif geomaqnit sahəsinin pozulması gözlənilir, bəzən əsasən bazar günü gecə onların intensivliyi zəif "G1" sinifli maqnit qasırğası səviyyəsinə çatacaq", - o, "Telegram" kanalında yazıb.

M.Leus onu da qeyd edib ki, NASA Kosmik Hava Mərkəzinin proqnozlarına əsasən, Yer kürəsində maqnitosferin pozulmasının daha az intensiv və davamlı olacağı güman edilir.

Digər xəbərlər
XƏBƏR LENTİ