Səhər qəzeti

Sentyabrın 22-də İrəvanda nə gözlənilir? - Baqrat Köçəryan və Sarkisyanla görüşdü

Tarix:12-09-2024, 14:22
Baxış Sayı:0

 

Ermənistanda revanşistlər sentyabrın 22-də toplantı planlaşdırıblar.

Toplantı Yerevan idman-konsert kompleksində keçiriləcək.

Ermənistan mətbuatı yazır ki, böyük toplantıdan əvvəl hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla görüşüb.

Görüşün detalları barədə əlavə məlumat verilmir.

Bundan əlavə Baqarın Qarabağdan qaçan separatçılarla görüşdüyü də bildirilir. O, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da görüşmək istəyib.

Amma Petrosyan “sanballı səbəblər” gətirərək bu görüşdən imtina edib.

Digər xəbərlər
XƏBƏR LENTİ