Səhər qəzeti

Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə bir gümüş və iki bürünc medal qazanıblar

Tarix:13-09-2024, 21:12
Baxış Sayı:0

 

Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk günündə bir gümüş, iki bürünc medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

Eyni çəkidə tatami üzərində çıxan Turan Bayramovun qazancı isə bürünc medal olub. 66 kiloqram çəkidə qüvvəsini sınayan Ruslan Paşayev də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək Qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparır.

Bu gün cüdo üzrə Zaqreb Qran-prisinə start veriləcək.

Oxu.Az xəbər verir ki, turnirin ilk günündə 6 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilərin yarışında 4, qadınlarda isə 2 təmsilçimiz iştirak edəcək.

Cüdo: Zaqreb Qran-prisi

Kişilər

60 kq

Turan Bayramov - Hubert Piezinski (Polşa)/Qabin Supervil (Fransa) cütünün qalibi

Əhməd Yusifov - Marton Andrassy (Macarıstan)

66 kq

Ruslan Paşayev - Dani Klacar (Xorvatiya)/Markus Auer (Avstriya) cütünün qalibi

Nazir Talıbov - İsaya Ramires (ABŞ)

Qadınlar

52 kq

Aydan Vəliyeva - Erza Muminoviq (Kosovo)

63 kq

Aytac Qardaşxanlı - Skay Knoester (Cənubi Afrika)

Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.

Digər xəbərlər
XƏBƏR LENTİ