Səhər qəzeti

Pezeşkian iranlı qadınlara vəd verdi: Əxlaq polisi sizi narahat etməyəcək

Tarix:17-09-2024, 15:16
Baxış Sayı:2

 

İranın yeni prezidenti Məsud Pezeşkian deyib ki, əxlaq polisi bundan sonra hicab tələbi ilə bağlı qadınları narahat etməyəcək.

Prezident iyul ayında keçirilən prezident seçkilərində qalib gəldikdən sonra ilk mətbuat konfransını keçirib.

O, bir qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini qeyd etdikdən sonra polisin küçələrdə olub-olmadığını soruşub. Jurnalist polisin hələ də küçələrdə olduğunu deyib.

Pezeşkian cavabında "Əxlaq polisi qadınlara qarışmamalıdır. Mən vəziyyətə nəzarət edəcəm ki, qadınları narahat etməsinlər" deyib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) da keçən həftə İranda qadınların geyim qaydalarına əməl etmələrinə görə hələ də ciddi cəzalandırıldığı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, seçkilərdən əvvəl Pezeşkian hicab tələbinə nəzarət edən patrul qaydalarına qarşı çıxacağını vəd etmişdi. O, həmçinin ölkədə uzun müddətdir mövcud olan bəzi internet nəzarətlərini yüngülləşdirəcəyini də deyib.

Digər xəbərlər
XƏBƏR LENTİ