Səhər qəzeti

Koronavirusun yeni variantı bu ölkələri bürüdü: Əlamətləri bunlardır

Tarix:17-09-2024, 15:18
Baxış Sayı:2

 

Alimlər koronavirusun daha sürətli yayıla bilən yeni variantına yoluxmaların sayının artdığını bildirir.

İyun ayında Almaniyada aşkar edilən XEC variantına Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra başqa ölkələrdə də rast gəlinib.

Mütəxəssislər bildirir ki, vaksinlər ağır xəstəliklərin qarşısını almağa kömək edəcək. Peyvəndlər də son variantlardan daha yaxşı qorunmaq üçün yenilənib. Lakin payızda yayıla biləcək bəzi yeni mutasiyalar var.

London Universitet Kollecinin Genetika İnstitutunun direktoru, professor Fransua Balloux hesab edir ki, XEC digər Covid variantlarına nisbətən daha sürətli yayılacaq.

Bu variantın simptomlarına yüksək hərarət, bədən ağrıları, yorğunluq, öskürək və ya boğaz ağrısı daxildir. Əksər insanlar yoluxmadan bir neçə həftə sonra özlərini yaxşı hiss edirlər, lakin tam sağalmaq daha uzun çəkə bilər.

Digər xəbərlər
XƏBƏR LENTİ