Səhər qəzeti

İran aviaşirkətlərə bildiriş göndərdi: "Təhlükəli olacaq!"

Tarix:8-08-2024, 08:31
Baxış Sayı:1

 

İran hakimiyyəti aviasiya şirkətlərindən ölkənin hava məkanından yayınmağı xahiş edib.

Bu barədə Misirin Mülki Aviasiya Nazirliyindəki mənbə “Extra News” telekanalına bildirib.

Mənbənin sözlərinə görə, Tehrandan bildiriş alınıb. Bildirişdə hərbi təlimlərlə əlaqədar İranın hava məkanında uçuşların təhlükəli olacağı vurğulanır.

Müvafiq bildirişin dünyanın bütün aviaşirkətlərinə göndərildiyi qeyd olunub.

Digər xəbərlər
XƏBƏR LENTİ