Səhər qəzeti

Vətən mənə oğul desə nə dərdim , mamır olub qayasinda bitərdim 

Tarix:28-10-2024, 15:04
Baxış Sayı:28

 

Bu gün Qabələ rayon Əmirvan kənd şəhid  Aydın Mətləb oğlu Bayramovun 4- cü il dönümü qeyd olundu.

Tədbirdə , yazarlar, şəhid ailələri, qaziləri, təşkilat rəhbərləri  , Qəbələ TV, şəhidin əsgər yoldaşlarıi, kənd sakinləri ,axundlar, məktəblilər,kənd icra nümayəndəsi,muəlimlər iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Aydın Bayramovun qəhrəmanlıgından danışılmışdır. Şəhidin valideynlərinə başsağlığı verilmişdi.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Bayramov Aydın Mətləb oğlu, 2 avqust 1997 ci ildə Qəbələ rayonu Əmirvan kəndində anadan olmuşdur. Orta təhsilini Əmirvan kəndi Yadigar Vəliyev adına tam orta məktəbdə almışdır. 2015 ci ildə hərbi xidmətə getmiş Qusar rayonu N saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurmuşdur. 2020 ci il 21 sentyabrda başlanan hərbi təlimlərə çağırılmış,  27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Murovdağ, Talış kənd, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əsgər Aydın Bayramov  2020 ci il 09 oktyabr tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, nəşi oktyabr ayının 20 si döyüş meydanından çıxarılıb.  2020 ci il 28 oktyabrda Qəbələ rayonu Əmirvan kənd qəbristanlığında dəfn olunmuşdur. Allah rəhmət eləsin

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri

 

Digər xəbərlər
XƏBƏR LENTİ