Səhər qəzeti

İran öz proksi qüvvələri üçün kimyəvi silah hazırlamağa çalışır

Tarix:Dünən, 15:07
Baxış Sayı:0

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz proksi qüvvələri üçün kimyəvi silah istehsal etməyə çalışır.

Bu barədə ABŞ-nin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin eksperti Metyu Levit "Bild" qəzetinə müsahibəsində bildirib.

O, MKİ sənədlərinə əsasən, İslam Respublikası 1984-cü ildən Çin və Rusiya mütəxəssislərinin köməyi ilə kimyəvi silah istehsalı üzərində işlədiyini bildirib.

"ABŞ hökuməti öz xəbərdarlıqlarında sinir sisteminə xüsusi təsir göstərən və ilk baxışdan qeyri-müəyyən və ölümcül olmayan kimi görünən, lakin təcrübədə ölümcül ola bilən narkotik əsaslı kimyəvi silahlara istinad edir. Bu cür silahlardan biri fentanildən alınıb ki, Rusiya onu 2002-ci ildə çeçen terrorçuları Moskva teatrında yüzlərlə adamı girov götürəndə istifadə edib. Rusiya xüsusi təyinatlıları terrorçuları məhv edə bilsələr də, əməliyyat zamanı 130-dan çox insan həlak olub", - deyə o bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ