Səhər qəzeti

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü

Tarix:Dünən, 14:24
Baxış Sayı:0

 

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Vaqif oğlu Abdullayev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub.

Bir neçə gün əvvəl gedən döyüşlərdə R.Abdullayev həlak olub.

Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu 3-cü Tala kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, daha əvvəl Lənkəranın Separadi kəndindən olan həmyerlimiz Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiyanın Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.

Digər xəbərlər
XƏBƏR LENTİ