Səhər qəzeti

Tramp və Maska qarşı İDDİA QALDIRILDI: "Bu, qeyri-qanunidir"

Tarix:13-08-2024, 20:10
Baxış Sayı:2

 

ABŞ Avtomobil, Aerokosmik və Kənd Təsərrüfatı İşçiləri (UAW) həmkarlar ittifaqı keçmiş ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Maska qarşı işçiləri təhdid və qorxutmaqda ittiham edərək məhkəməyə müraciət edib.

Bu barədə qurumun bəyanatında deyilir.

Şikayətə səbəb Trampın avqustun 13-də "X" sosial şəbəkəsində Maska verdiyi müsahibə olub. Orada həmsöhbətlər tətil edən işçilərin işdən çıxarılması barədə razılığa gəliblər.

"Federal qanuna əsasən, işçilər tətildə iştirak etdikləri üçün işdən çıxarıla bilməzlər və bununla hədələmək Milli Əmək Münasibətləri Qanununa görə qeyri-qanunidir", - həmkarlar ittifaqının bəyanatında deyilir.

Eyni bəyanatda UAW prezidenti Sean Fein Trampı "birliyimizin müdafiə etdiyi hər şeyə qarşı çıxan əclaf" adlandırıb və keçmiş prezidentin "həmişə milyarderlərin yanında olacağını" söyləyib.

Elə həmin müsahibədə Mask hökumət xərclərinə nəzarət etmək üçün Donald Tramp administrasiyasında (seçkilərdə qalib gələrsə) mümkün iştirakı ilə bağlı təşəbbüslə çıxış edib. Tramp da öz növbəsində onu dəstəkləyib.

Digər xəbərlər
XƏBƏR LENTİ