Səhər qəzeti

Ukrayna Seym çayı üzərində daha bir körpünü partlatdı

Tarix:19-08-2024, 20:22
Baxış Sayı:0

 

Ukrayna ordusu gecə saatlarında Seym çayı (Kursk vilayəti) üzərindəki üçüncü körpünü vurub.

Bu barədə SHOT teleqram kanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, körpünün üç sütunu qırılıb.

Rusiya Silahlı Qüvvələrinin bu ərazidə qruplaşması ponton keçidləri ilə tam dəstəklənir - bu, sərhədyanı ərazilərin əhalisinin təxliyəsini davam etdirməyə imkan verir.

Avqustun 14-də regional əməliyyat qərargahı Qluşkovski rayonunun sakinlərinin məcburi təxliyəsi barədə qərar qəbul edib. İki gün sonra - avqustun 16-da qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, Qluşkovski rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Seym çayı üzərindəki körpü dağıdılıb.

Digər xəbərlər
XƏBƏR LENTİ