Səhər qəzeti

Ermənistan kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj edir - Lavrov

Tarix:20-08-2024, 08:10
Baxış Sayı:0

 

Ermənistanın rəhbərliyi Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında razılaşmanı sabotaj edir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasının “Birinci kanal”ına müsahibəsində bildirib.

“Biz sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”, - deyə Lavrov qeyd edib.

Digər xəbərlər
XƏBƏR LENTİ