Səhər qəzeti

Lukaşenko erməniləri alçaltdı: Bizdən başqa kimə lazımdırlar?

Tarix:20-08-2024, 13:58
Baxış Sayı:1

 

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, bəzi postsovet ölkələri əvəzində heç nə təklif etmədən Rusiyadan faydalanmağa çalışır. 

O, bu barədə “Rossiya” telekanalına müsahibəsində bildirib.

Bundan əlavə, o, Ermənistana qarşı kobud ifadələr də işlədib.

“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, ehtiyatlarına diqqət yetirsinlər. Hansısa Fransa, yoxsa Makron? Sabah o, orada olmayacaq və hamı Ermənistanı unudacaq”, - Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, o, Rusiya Federasiyası ilə “bir qayıqdadır”.

“Əgər o qayıq batsa, birlikdə boğularaq. Müttəfiqlik əlaqələrimizi gizlətməyə ehtiyac yoxdur. Biz özümüzü, heç nə vermədən yalnız Rusiyadan almaq istəyən bəzi başqa dövlətlər kimi aparmırıq”, - Lukaşenko bildirib.

Onun fikrincə, vəziyyət belə davam edə bilməz.

“Gəlin birlikdə olaq. Dəstək üçün Rusiyaya üz tutacağınız vaxt uzaqda deyil. Böhran baş verdikdə, Qazaxıstanda olduğu kimi, hamı kömək üçün Putinə müraciət edir. Biz də (KTMT) ora qüvvələr göndərməklə və iğtişaşları sakitləşdirməklə tez cavab verdik”, - o qeyd edib.

O, fövqəladə hallarda MDB ölkələrinin yardım üçün yenidən Rusiya və Belarusa müraciət edəcəyinə əmin olduğunu bildirib.

“Amerikada və ya Aİ-də Qazaxıstan və ya Özbəkistandan mal gözləyir? Yox, Rusiyaya satmağa çalışırlar. Bizim ümumi bazarımız var və onu itirmək məsləhət deyil”, - Lukaşenko əlavə edib.

Digər xəbərlər
XƏBƏR LENTİ