Səhər qəzeti

Hər kəs şokdadır: aliment ödəməmək üçün görün hansı yola əl atdı

Tarix:21-08-2024, 20:18
Baxış Sayı:0

 

ABŞ-da övladına aliment ödəməmək üçün saxta ölüm sənədi hazırlayan şəxs saxlanılıb.

Bununla bağlı Kentukki Baş Prokurorluğu açıqlama verib.

Məlumata görə, Cessi Kipf ölüm qeydiyyatı sistemini sındıraraq başqa bir ştatda çalışan həkimin istifadəçi adı və şifrəsini oğurlayıb.

Həkimin məlumatlarından istifadə edərək Havayda ölüm qeydiyyatı sisteminə daxil olan Kipf özü üçün ölüm şəhadətnaməsi hazırlayıb. Daha sonra həkimin rəqəmsal imzası ilə bu sənədi imzalayıb.

Müxtəlif ştatlarda ölüm qeydiyyatı sistemlərini, özəl biznes və ictimai şəbəkələri də sındıran Kipf bu şəbəkələrə giriş məlumatlarını başqalarına da satmağa çalışıb.

Günahını boynuna alan amerikalı fırıldaqçılıq və məlumat oğurluğu ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib.

Digər xəbərlər
XƏBƏR LENTİ