Səhər qəzeti

Finlandiya Rusiyanı əmin etdi: ərazimiz heç bir halda...

Tarix:23-08-2024, 21:28
Baxış Sayı:0

 

Finlandiyaya Rusiya ilə yeni dostluq müqaviləsi lazımdır.

Bu təkliflə geosiyasi ekspert Tuomas Malinen "X" sosial şəbəkəsində çıxış edib.

“Ölkəmizə mümkün qədər tez Rusiya ilə növbəti dostluq və əməkdaşlıq müqaviləsi lazımdır. Biz əmin olmalıyıq ki, Rusiya rəhbərliyi anlasın ki, ərazimiz heç bir halda Rusiyaya hücum üçün istifadə edilməyəcək”, - təklifdə qeyd olunur.

Qeyd edək ki, iyul ayında Finlandiya hərbçiləri Rusiya sərhədi yaxınlığında təlimlər keçirərək avqustun əvvəlinə qədər Vaalimaa sərhəd-keçid məntəqəsinə gedən marşrutu bağlamışdılar. Bundan əlavə, 60 ABŞ dəniz piyadası birgə təlimlərdə iştirak etmək üçün Finlandiyaya gəlib.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bu təlimləri NATO-nun Moskvanı cilovlamaq üçün təxribatlarının bir hissəsi adlandırıb.

Digər xəbərlər
XƏBƏR LENTİ