Səhər qəzeti

Trampdan şok etiraf: Rusiya Ukraynaya buna görə girdi

Tarix:27-08-2024, 13:39
Baxış Sayı:2

 

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edib ki, Ukraynanın Rusiya ərazisində irəliləməsi dünya müharibəsinə səbəb ola bilər.

 Detroitdə ABŞ Milli Qvardiya Assosiasiyasının konfransında çıxış edən Tramp mövcud xaosun ABŞ-ın Əfqanıstandan çıxarılması ilə başladığını bəyan edib.

ABŞ-ın Əfqanıstandan çəkildiyi günü Amerika tarixinin ən utancverici günü kimi xarakterizə edən Tramp bunun bütün dünyada qarşıdurmalara səbəb olduğunu bildirib: “Ona görə də Rusiya Ukraynaya girdi. Oktyabrın 7-də İsrailə hücumun baş verməsinin səbəbi də budur. Baqram aviabazasını heç vaxt tərk etməməli idik. Bu, dünyanın ən böyük hava bazalarından biridir, Çinin nüvə silahı istehsal etdiyi yerdən bir saatlıq məsafədədir. Bu yer indi Çinin nəzarəti altındadır, təsəvvür edirsinizmi?”.

O, mümkün dünya müharibəsinin nüvə enerjisi və digər mövcud imkanlara görə əvvəlki dünya müharibələri kimi olmayacağını iddia edib: “Bütün dünya xaos içindədir. Tədbir görülməsə, 3-cü dünya müharibəsi ilə qarşılaşacağıq. Ukraynanın Rusiya ərazisində irəliləməsi buna səbəb olacaq”.

Tramp həmçinin ABŞ-ın Ukrayna başda olmaqla bütün sursatlarını başqa ölkələrə verdiyini və silah-sursatlarının tükəndiyini bildirib: “Bizim artıq sursatımız yoxdur. O qədər raketlərimiz var idi ki, onların hamısından istifadə edə biləcəyimizi düşünmürdük. Anbarlarımız dolu olduğundan yeni anbarlar təşkil edirdik. İndi biz elə bir nöqtəyə gəldik ki, silah-sursatımız qalmadı”.

Digər xəbərlər
XƏBƏR LENTİ