Səhər qəzeti

Ukraynada İSTEFA DALĞASI - Zelenskiyə yaxın olan ikinci şəxs də GETDİ

Tarix:3-09-2024, 21:09
Baxış Sayı:0

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini Rostislav Şurma vəzifəsini tərk edir.

Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat verib.

"Şurma prezident aparatının rəhbərinin müavini vəzifəsini tərk edir", - deputat bildirib.

Qonçarenkonun sözlərinə görə, vəzifəsini tərk edən Şurma “hər şeyin böyük problemlərə doğru getdiyini hiss edir” və buna görə də çoxdan “atlanmaq” arzusunu ifadə edib.

Sentyabrın 3-də “Ukrayinska Pravda” nəşri dövlət başçısına yaxın mənbələrə istinadla yazıb ki, Zelenski yaxın günlərdə Şurmanı işdən çıxara bilər.

Rostislav Şurma 2021-ci ildən prezident aparatı rəhbərinin müavini vəzifəsində çalışır.

Digər xəbərlər
XƏBƏR LENTİ