Səhər qəzeti

Almaniya fəlakət içində: Şoltsun bu addımı Qərbi dəhşətə gətirdi

Tarix:5-09-2024, 15:39
Baxış Sayı:5

 

Almaniya kansleri Olaf Şolts "Volkswagen" avtomobil istehsalçısını şəxsən məhv edir.

Bunu irlandiyalı jurnalist Çey Bouz "X" sosial şəbəkəsində bildirib.

"Maşınlardan anlayışı olan hər kəs bilir ki, "Volkswagen" demək olar ki, məhv edilməsi mümkün olmayan bir şeydir", - jurnalist qeyd edib.

Sentyabrın əvvəlində Almaniya hökuməti ölkənin avtomobil sənayesinin çətin problemlərlə üzləşdiyini və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlər tələb etdiyini açıqlayıb. Onlar avtomobil sənayesinin ölkənin yüksəliş və rifahının əsas sütunlarından biri olduğunu, lakin hazırda çətinliklərlə üzləşdiyini diqqətə çatdırıblar.

Qeyd edək ki, əvvəllər "Volkswagen" qənaət üçün Almaniyada ixtisarlara və istehsalın bağlanmasına icazə verdiyini bildirmişdi. Xüsusilə şirkət 1994-cü ildə 2029-cu ilə qədər işçilərin ixtisarına qoyulmuş moratoriumun ləğvini planlaşdırır. Konsernin rəhbəri Oliver Blumenin sözlərinə görə, qənaətə doğru yeni kurs rəqiblərin Avropada məskunlaşmaq istəyi və Almaniyanın rəqabət qabiliyyətinin azalması ilə bağlıdır.

Digər xəbərlər
XƏBƏR LENTİ