Səhər qəzeti

Ukrayna bu ölkədəki səfirini geri çağırdı, digərlərinə XƏBƏRDARLIQ ETDİ

Tarix:9-09-2024, 08:45
Baxış Sayı:0

 

Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını açıqlayıb.

Bu barədə məlumat Ukraynanın “strana.ua” nəşrinin Teleqram kanalında yer alıb.

Sibiqa səfirin çağırılmasının səbəbini “müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarını tam başa düşməməsi” ilə izah edib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukrayna səfirlərini və konsullarını “proaktiv mövqe” tutmağa və mərkəzdən göstəriş gözləməməyə çağırıb.

Digər xəbərlər
XƏBƏR LENTİ