Səhər qəzeti

Daşkənddə KRİTİK GÖRÜŞ: Mirziyoyev Türkiyənin yüksək rütbəliləri ilə nədən danışıb?

Tarix:12-09-2024, 21:20
Baxış Sayı:0

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalından ibarət nümayəndə heyətini qəbul edib.

Bu barədə H.Fidanın “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.

“Daha əvvəl Türkiyə və Özbəkistan arasında nazirlər səviyyəsində imzalanmış yol xəritəsi strateji əməkdaşlığın institusionallaşdırılması istiqamətində mühüm addımdır”, - məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə nümayəndə heyəti sentyabrın 12-də Daşkəndə rəsmi səfər edib.

Digər xəbərlər
XƏBƏR LENTİ