Səhər qəzeti

Ərdoğanın Krım açıqlamasına Kremldən cavab

Tarix:13-09-2024, 21:17
Baxış Sayı:2

 

Krımın kimə aid olması mövzusu Rusiya ilə Türkiyə arasında fikir ayrılıqları kateqoriyasına aiddir. Rusiya öz nöqteyi-nəzərini izah etmək cəhdlərindən əl çəkmir.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Burada bizim fikirlərimiz fərqlənir, eyni zamanda, öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etmək üçün məqsədyönlü cəhdlərimizdən əl çəkməmişik. Ümid edirik ki, zaman keçdikcə bu, Ankaraya bizi daha yaxşı başa düşməyə, dəlillərimizi anlamağa və razılaşmağa imkan verəcək”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində Krımın ilhaqını tanımadıqlarını və bu ərazinin Ukraynaya qaytarılmalı olduğunu bildirib.


Digər xəbərlər
XƏBƏR LENTİ