Səhər qəzeti

Bakıda “KOB gömrük anbarı” yaradılıb

Tarix:8-08-2024, 19:44
Baxış Sayı:2

 

İdxal sahəsində KOB subyektlərinin işinin daha da asanlaşdırılması məqsədilə “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” yaradılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından istifadə edə bilərlər. Anbar 1350 kvadrat metr ərazini əhatə edir. Anbarda KOB subyektlərinin kiçik həcmli malları saxlanılır və “Bakı KOB evi”ndə gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

“KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) və KOBİA-nın birgə təşəbbüsü ilə yaradılıb.

Qeyd edək ki, “Bakı KOB evi”ndə fəaliyyət göstərən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında DGK, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur. Bu, idxal-ixrac əməliyyatları üzrə sahibkarların vahid mərkəzdən lazımi xidmətləri almasına, bununla da vaxt və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.

Digər xəbərlər
XƏBƏR LENTİ