Səhər qəzeti

Kurskda nə baş verir? - Ziddiyyətli xəbərlər gəlir

Tarix:8-08-2024, 19:57
Baxış Sayı:3

 

Rusiya Federasiyasının Kursk vilayətinin Suca şəhərinin bir hissəsi Ukrayna ordusunun nəzarəti altındadır.

Bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.

Ərazidə çalışan bir sıra hərbi jurnalistlər şəhərdə şiddətli döyüşlərin davam etdiyini bildirirlər. Onların məlumatına görə, hazırda Ukrayna ordusu şəhərin böyük hissəsinə nəzarət edir.

“Şəhərin bu hissəsinin müdafiəsinə rus əsgərləri ilə yanaşı yerli özünümüdafiə dəstələri də cəlb olunub. Strateji əhəmiyyətli yaşayış məntəqəsi olan bu şəhər demək olar ki, tamamilə itirilib. Rusiya ordusu Ukrayna hərbçilərinin Korenevo kəndi istiqamətində irəliləməsinin qarşısını praktiki olaraq alıb. Hazırda Loknya, Nikolski, Viktorovka və Kruqlenskoye qəsəbələri uğrunda intensiv döyüşlər gedir.

Bildirilir ki, gecə saatlarında Rusiya hava hücumundan müdafiə sistemləri Kursk səmasında 6 pilotsuz təyyarə və 5 raketi məhv edib.

Eyni zamanda bölgədən ziddiyyətli xəbərlər gəlir. Belə ki, vilayət rəhbərliyi Ukrayna ordusunun geri çəkildiyi barədə məlumat verib.

Qeyd edək ki, Kursk marzında avqustun 7-dən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Digər xəbərlər
XƏBƏR LENTİ