Səhər qəzeti

Ermənistan gömrükçüləri “Zvartnots”da Braziliya vətəndaşına zorla maye içirtdilər: Dərhal öldü

Tarix:13-08-2024, 14:45
Baxış Sayı:2

“Zvartnots” hava limanında maye içən Braziliya vətəndaşının ölümü ilə bağlı cinayət işi başlanıb. 

Bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan “Sputnik Ermənistan”a bildirib.

Bundan əvvəl Shamshyan.com kriminal xronika saytı Yerevan hava limanından huşsuz vəziyyətdə gətirilən 30 yaşlı Braziliya vətəndaşı Arajolima Lukasinin “Astqik” tibb mərkəzində dünyasını dəyişdiyini bildirmişdi. Öz növbəsində, “Hraparak” qəzeti yazıb ki, gömrükçülər həmin şəxsin üzərində olan mayeni içməyə məcbur etdikdən sonra onun vəziyyəti pisləşib.

“Hadisənin baş vermə şəraiti aydınlaşdırılır, məhkəmə-tibbi ekspertizası təyin edilib, bundan əlavə, onun yanında maddə olub, tərkibini müəyyən etmək üçün məhkəmə-kimyəvi ekspertiza təyin edilib”, - deyə Abrahamyan bildirib.

Onun sözlərinə görə, müayinələrin nəticələrini alındıqdan sonra yekun qərar veriləcək.

“Yəni bu maddə və onun istifadəsi ölümlə nə dərəcədə əlaqəlidir və ya ölümlə nəticələnə bilərmi? Bundan sonra müvafiq hüquqi qiymət veriləcək”, - deyə Abrahamyan bildirib.

Qeyd edək ki, “Hraparak” qəzeti braziliyalının butulkada şərab olduğunu dediyini yazıb. Gömrükçülər yoxlamaq əvəzinə onu mayeni içməyə məcbur ediblər.

Bundan dərhal sonra onun vəziyyəti kəskin şəkildə pisləşib və tezliklə ölüb.

Digər xəbərlər
XƏBƏR LENTİ