Səhər qəzeti

Deputatlığa namizədin bıçaqladığı bildirilən şəxs əməliyyat olunub, vəziyyəti orta ağırdır

Tarix:31-07-2024, 14:45
Baxış Sayı:4

 

Hacı Zeynalabdin qəsəbəsində iyulun 30-da deputatlığa namizəd tərəfindən bıçaqlandığı bildirilən şəxs əməliyyat olunub.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən "Report"un sorğusuna verilən cavabda bildirilib.

Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-da saat 22:15-də Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub.

Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, N.Cavadovun 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd olan Taleh Məmmədov tərəfindən bıçaqlandığı bildirilir.

Digər xəbərlər
XƏBƏR LENTİ