Səhər qəzeti

İran “dağıdıcı kiberhücum”a hazırlaşır

Tarix:15-08-2024, 07:49
Baxış Sayı:2

 

İran İsrail vətəndaşları arasında itkilərin qarşısını almaq üçün Hayfa yaxınlığındakı infrastruktura zərbələr endirə bilər.

Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, mülki itkilər İsrailin kəskin reaksiyasına səbəb ola bilər.

"Daha böyük zərbə, ehtimal ki, İsrailin nüvə reaktoru və hərbi obyektlərini əhatə edə bilər", - məlumatda qeyd edilib.

Mənbələr İranın “dağıdıcı kiberhücum” həyata keçirəcəyini də istisna etmir.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin 31 iyulda Tehranda qətlə yetirilməsinin qisasını almaq üçün Tehranın İsrailə zərbə endirəcəyi gözlənilir.

Digər xəbərlər
XƏBƏR LENTİ