Səhər qəzeti

Tarixi təhlükəsizlik sazişi: Türkiyə və İraq hərbi əməkdaşlıqda yeni addım atırlar

Tarix:15-08-2024, 20:19
Baxış Sayı:2

 

Türkiyə və İraq arasında təhlükəsizlik sazişi imzalanıb.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

"Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də terrorla mübarizə üzrə anlaşma memorandumu iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Bu saziş tarixi əhəmiyyətə malikdir. İnanırıq ki, bu əməkdaşlıq münasibətlərimizi yeni səviyyəyə yüksəldəcək" , - deyə H.Fidan bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ