Səhər qəzeti

Magistraturalara II tur qəbul üçün 837 dövlət sifarişli plan yeri qalıb

Tarix:1-08-2024, 13:03
Baxış Sayı:4

 

Bu gün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi başlayıb.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına II tur qəbul üçün müxtəlif proqramlar üzrə birgə 837 dövlət sifarişli plan yeri qalıb.

Qeyd olunub ki, ixtisaslaşma seçimi avqustun 1-dən 8-dək aparılacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ