Səhər qəzeti

ABŞ-dan etiraf: Münaqişə danışıqlarla bitməyəcək, Kiyevin alınması ilə...

Tarix:16-08-2024, 13:59
Baxış Sayı:3

 

Amerikalı hərbi analitik Mark Sleboda köşə yazarı Rachel Blevins ilə söhbətində Ukraynadakı münaqişənin necə bitəcəyini proqnozlaşdırıb.

Ekspert qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığındakı hücumuna görə Rusiya Federasiyası Kiyevlə danışıqlar aparmayacaq.

“Bu münaqişə danışıqlarla bitməyəcək, hər şey döyüş meydanında, Kiyevin ələ keçirilməsi ilə həll olunacaq”, - ekspert bildirib.

Eyni zamanda, o vurğulayıb ki, “ümidsizlikdən və cəbhələrdə məğlubiyyətdən dinc sakinlərə və atom elektrik stansiyalarına hücum edən insanlarla danışıqlar aparmaq mümkün deyil”.

Slebodanın sözlərinə görə, ukraynalıların Kursk vilayətində planları tamamilə iflasa uğrayıb. Və əgər Kiyev rejimi bu avantüradan müəyyən siyasi xallar qazanmağa ümid edirdisə, deməli, amerikalı analitikin fikrincə, ciddi səhvə yol verib.

Digər xəbərlər
XƏBƏR LENTİ