Səhər qəzeti

Haniyənin oğlundan şok açıqlama: Atamı belə öldürüblər

Tarix:17-08-2024, 14:09
Baxış Sayı:0

 

HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin oğlu Əbdüsselam Haniyə atasının qətlə yetirildiyi sui-qəsdlə bağlı açıqlama verib.

O, atasının ölümünə səbəb olan raketin telefon siqnalı ilə idarə olunduğunu bildirib.

Haniyə atasının ölümünə heç bir bomba qurğusunun səbəb olduğunu düşünmədiyini bəyan edib: “Mühafizəçilər və digər məsləhətçilər atamın otağından cəmi bir neçə metr aralıda oturmuşdular, ona görə də bir partlayış olarsa bütün binanın partlayacağı aydın idi. Məncə, otaqda bomba olması ilə bağlı şayiələr tamamilə əsassızdır”.

“İdarə olunan raket atamın mobil telefonunu izləməklə idarə olunub. Atam mobil telefonundan istifadə edərək rəsmi mərasimdə iştirak etdiyi üçün bu əməliyyat çox da mürəkkəb deyildi. Həmin gün atamla mənə çoxlu telefon zəngləri oldu”, - deyə Əbdüsselam Haniyə əlavə edib.

Digər xəbərlər
XƏBƏR LENTİ