Səhər qəzeti

BMT dəhşətli məlumatı açıqladı: keçən il dünyada...

Tarix:19-08-2024, 14:42
Baxış Sayı:0

 

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 19 Avqust Dünya Humanitar Yardım Günü münasibətilə öldürülən humanitar yardım işçiləri ilə bağlı məlumat paylaşıb.

2023-cü ildə dünyada münaqişələrin ön cəbhəsində humanitar yardım işçilərinin həlak olmasının rekord həddə çatdığı bildirilir.

"2023-cü ildə 33 ölkədə 280 humanitar işçi həlak olub. 2023-cü il qlobal humanitar birlik üçün rekord həddə çatan il olub. Bu inanılmaz yüksək rəqəm 118 humanitar işçinin həlak olduğu 2022-ci il ilə müqayisədə 137 faiz artım deməkdir", - bəyanatda qeyd edilib.

Açıqlamada 2024-cü ilin humanitar yardım işçiləri üçün daha ölümcül bir il ola biləcəyi və cari məlumatlara görə, bu il avqustun 7-dək 172 humanitar yardım işçisinin həlak olduğu qeyd edilib.

Həmçinin bildirilir ki, 2023-cü ildə humanitar işçi ölümlərinin yarısından çoxu Qəzzada qarşıdurmanın ilk üç ayında (2023-cü ilin oktyabr-dekabr ayları) qeydə alınıb.

BMT və onun tərəfdaşları hökumətləri bu məsələ ilə bağlı bəşəriyyət adından hərəkətə keçməyə çağırıb.

Digər xəbərlər
XƏBƏR LENTİ