Səhər qəzeti

Nə izi var, nə sorağı: Türkiyədə itkin düşən rus qadın tapılmır

Tarix:22-08-2024, 15:06
Baxış Sayı:0

 

Türkiyədə rusiyalı turist itkin düşüb. Onun tapılması üçün axtarışlar aparılsa da, hələlik nəticə verməyib.

Bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğundan "RİA Novosti"yə bildirilib.

“Avqustun 19-da Türkiyənin Antalyadakı Baş Konsulluğuna avqustun 17-də dağlara gəzintiyə çıxan və hotelə qayıtmayan rusiyalı turistin Marmaris şəhərində itkin düşməsi barədə məlumat daxil olub. Axtarış tədbirlərinin təşkili üçün Baş Konsulluğun diplomatları dərhal Türkiyə rəsmiləri və rusiyalı qadının Türkiyəyə gəldiyi turoperatorla əlaqə yaradıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin və Türkiyə Sahil Mühafizəsinin qüvvələrinin iştirakı ilə onun axtarışı davam etdirilir, könüllülərdən və fəallardan ibarət qruplar təşkil olunub. Təəssüf ki, axtarışlar hələ də nəticə verməyib”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Baş Konsulluq isə açıqlamasında bunları qeyd edib: “Rusiyalı turistin itkin düşməsi ilə bağlı vəziyyət Baş Konsulluğun nəzarəti altındadır. Diplomatlar Türkiyə tərəfi və itkin düşən vətəndaşın qohumları ilə əlaqə saxlamağa davam edir”.

Digər xəbərlər
XƏBƏR LENTİ