Səhər qəzeti

Lavrovun bu fikirlərinə Nikoldan SƏRT REAKSİYA

Tarix:31-08-2024, 20:32
Baxış Sayı:0

 

Azərbaycanla kommunikasiyaların açılmasında Rusiyanın vasitəçiliyi qeyri-mümkündür.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Ermənistanın baş naziri regionda kommunikasiyaların qurulmasında Rusiyanın vasitəçiliyinin mümkünlüyünə belə münasibət bildirib:

“Siz necə təsəvvür edirsiniz ki, regional kommunikasiyaların açılması məsələsində Ermənistanı təxribat törətməkdə günahlandıran bir ölkə vasitəçi kimi çıxış edəcək? Belə bir bəyanatla çıxış edən institut özünü bütün mümkün vasitəçiliklərdən kənarda qoyur. Harada görmüsünüz ki, vasitəçi əsassız ittiham irəli sürsün, sonra da bir yerdə oturub bu mövzunu onunla müzakirə edəsən”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında əlaqəni nəzərdə tutan Ermənistanın Sünik bölgəsində kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirmişdi.

Digər xəbərlər
XƏBƏR LENTİ