Səhər qəzeti

Ermənistan Zəngəzur dəhlizinə nəzarəti bu qüvvələrə vermək istəyir

Tarix:9-09-2024, 21:27
Baxış Sayı:0

Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda üçüncü tərəflərin nəzarətini istisna edir. Ermənistanla Azərbaycan arasında kommunikasiyalar açıldığı halda qatarların təhlükəsizliyi lisenziyalı özəl mühafizə şirkətləri tərəfindən təmin edilə bilər.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan bildirib ki, dəhlizin yaradılması və nəzarətin üçüncü tərəfə verilməsini nəzərdə tutan heç bir şey müzakirə edilmir.

“Yük və sərnişin qatarlarını müşayiət edəcək hansısa lisenziyalı mühafizə təşkilatını cəlb etmək olar. Söhbət bundan gedir. Lakin yol boyunca dövlət və ya özəl üçüncü tərəfin iştirakı yenə də Ermənistan üçün qəbuledilməzdir”, - Mirzoyan deyib.

Digər xəbərlər
XƏBƏR LENTİ