Səhər qəzeti

Rusiyada ölkənin ən böyük almaz daşlarından biri aşkarlanıb

Tarix:10-09-2024, 09:02
Baxış Sayı:0

 

Yakutiyada (Rusiya Federasiyası) 262,5 karat (52,5 q) ağırlığında almaz çıxarılıb.

Bu barədə sentyabrın 9-da Rusiyanın "Alrosa" şirkətlər qrupunun mətbuat xidməti məlumat yayıb.

Qiymətli daş Saxa Respublikasının (Yakutiya) Anabarski rayonundakı Ebelyax almaz mədənində "Almazı Anabara" şirkətinin gecə növbəsi işçiləri tərəfindən aşkarlanıb. Tapıntı ekspertizaya göndərilib.

"Bu, son bir ildə Rusiyada tapılan ikinci böyük almazdır. 2023-cü il sentyabrın 10-da həmin Ebelyax yatağında çəkisi 390,7 karat (78,14 q) olan daha bir almaz tapılıb", - mətbuat xidməti əlavə edib.

Digər xəbərlər
XƏBƏR LENTİ