Səhər qəzeti

Lavrov onlarla gizli görüşdü: Rusiya danışıqlar üçün vasitəçilər axtarır

Tarix:10-09-2024, 15:02
Baxış Sayı:0

 

Kreml çox güman ki, Ukraynaya qarşı müharibədə beynəlxalq sülh vasitəçiliyi cəhdi yaratmağa çalışır. Eyni zamanda, Rusiya tərəfi ukraynalılarla xoşməramlı danışıqlarda iştirak etmək istəmədiyini nümayiş etdirir.

Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında qeyd olunub.

Məlumata görə, Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır,

Xatırladılıb ki, sentyabrın 9-da Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanında Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclası çərçivəsində Braziliyanın xarici işlər naziri Mauro Vieira və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.

Lavrov həmkarları ilə Ukraynadakı müharibəni müzakirə edib. Lakin Rusiya Xarici İşlər Nazirliyi təfərrüatı açıqlamayıb.

Braziliya və Çin Xalq Respublikası may ayından etibarən altı bənddən ibarət “Ukrayna böhranının siyasi həlli” sülh planını irəli sürür və bu planın əsas prinsipləri Rusiyanın xeyrinədir.

Hindistanın baş naziri Narendra Modi bu yaxınlarda Kiyevə gələrək Hindistanın beynəlxalq hüquq prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında Ukraynada sülhün bərqərar olmasını dəstəklədiyini rəsmən təsdiqləyib.

Eyni zamanda, Lavrov Rusiyanın Ukrayna ilə xoşməramlı danışıqlar aparmaq istəmədiyini nümayiş etdirən Kremlin bəyanatlarını təkrar edərək, Ukraynanın “sülh formulu”nun “ultimatum” olduğunu iddia edib. Onun sözlərinə görə, Rusiya bu planı heç vaxt ciddi düşünməyib.

Digər xəbərlər
XƏBƏR LENTİ