Səhər qəzeti

Şəhidlər bizim qürurumuz, vicdanımız,fəxrimizdir

Tarix:10-09-2024, 21:09
Baxış Sayı:0



Bu gün  İsmayıllı rayon şəhid Vüsal Dəmirovun doğum günüdür

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Dəmirov Vüsal Aydın oğlunun doğum günü İsmayıllı Şəhidlər xiyabanında qeyd edilib. 

Mərasimdə Rayon İcra Hakimiyyətinin əməkdaşları,  İsmayıllı rayon şöbəsinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Qəbələ şəhid ailələri, ictimaiyyətin nümayəndələri, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, qazilər, şəhid ailələri, rayon sakinləri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər. 

Çıxış edənlər şəhid Vüsal Dəmirovun keçdiyi şərəfli ömür yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidlikdən bəhs ediblər.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. 

Məlumat üçün bildirək ki, Vüsal Dəmirov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri.

Digər xəbərlər
XƏBƏR LENTİ