Səhər qəzeti

Ayla bağlı sensasion kəşf: Sən demə...

Tarix:10-09-2024, 21:09
Baxış Sayı:0

 

Alimlər planetimizin təbii peyki Ayın “bioqrafiyası” ilə bağlı yeni kəşf ediblər.

Alimlərin yeni araşdırmasına görə, Ayda vulkanik aktivlik dövrü mütəxəssislərin güman etdiyindən xeyli uzun davam edib.

Bu barədə “Science” jurnalı məlumat yayıb. Ay süxurlarının təhlili göstərib ki, Ay vulkanları hələ 120 milyon il əvvəl aktiv olub. Həmin vaxt Yer planetində dinozavrlar “hökmranlıq” edirdilər.

Qeyd edək ki, əvvəlki elmi fərziyyəyə görə, Ayda vulkanik aktivlik 2 milyard il əvvəl başa çatıb. Alimlər qeyd edirlər ki, bu kəşf vulkanik fəaliyyətin kiçik planetlərdə nə qədər davam edə biləcəyini anlamağa kömək edəcək.

Digər xəbərlər
XƏBƏR LENTİ