Səhər qəzeti

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Tarix:5-08-2024, 21:17
Baxış Sayı:1

 

Avqustun 6-da Masallı rayonunun dörd kəndində təbii qazın verilişi dayandırılacaq.

Rayonun Qəriblər kəndində payız-qış tədbirlər planına uyğun olaraq diametri 159 millimetrlik qaz xəttin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərində ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının 6 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir", - məlumatda vurğulanıb.

Digər xəbərlər
XƏBƏR LENTİ