Səhər qəzeti

ABŞ-ın 25 ştatında COVID-19-un yeni variantı yayıldı

Tarix:Dünən, 09:33
Baxış Sayı:2

 

COVID-19 virusunun dünyada yayılmağa başlayan XEC adlı yeni variantı artıq ABŞ-ın yarısında aşkarlanıb.

25 ştatda bu ştamın özünəməxsus mutasiyaları ilə ən azı bir yoluxma halı qeydə alınıb. Bəzi ştatlarda isə yoluxanların sayı 15-ə qədər yüksəlib.

Həkimlər əvvəlki variantlardan fərqli olaraq bu yeni ştamla bağlı hələlik ciddi narahatlıq bildirməyiblər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri virusun yanvarın ortalarında zirvəyə çatacağını proqnozlaşdırır.

Digər xəbərlər
XƏBƏR LENTİ