Səhər qəzeti

Rusiya və Suriyadan PKK-nı qəzəbləndirəcək qərar: Türkiyənin tələbi yerinə yetirilir

Tarix:7-08-2024, 14:36
Baxış Sayı:2

 

Rusiya və Suriya Türkiyə sərhədində yerləşən və terror təşkilatı PKK tərəfindən “Kobani” adlandırılan Ayn əl-Ərəbdə hərbi baza yaradıb.

Bu barədə Rusiya Barışıq Mərkəzinin direktor müavini polkovnik Oleq İqnasyuk açıqlama verib.

Onun sözlərinə görə, bu bazaların yaradılması artıq başa çatıb. Bildirilir ki, bazada rus əsgərləri ilə yanaşı, Suriya əsgərləri də iştirak edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında gözlənilən görüşdən əvvəl Rusiyanın bu bölgədə böyük hərbi baza yaratması müsbət hal kimi qiymətləndirilir.

Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) prezidenti Eray Güçlüer Türkiyənin bu bölgədə baza yaradılmasını istədiyini bəyan edib:

"Suriyanın da daxil olduğu Ayn əl-Ərəbdə baza yaradılması çox yaxşı bir inkişafdır. Türkiyə ilə Rusiya arasındakı əlaqələr çox yaxşı bir nöqtədədir. Bu bazanın yaradılması Rusiya və Suriyanın bölgədə söz sahibi olmağa başladığını göstərir. Suriya rəhbərliyinin bu bölgələrdə yenidən aktivləşməsi Türkiyənin təhlükəsizliyi üçün sevindirici bir hadisədir".

Digər xəbərlər
XƏBƏR LENTİ