Səhər qəzeti

Mariya Zaxarovadan "Zəngəzur dəhlizi" ilə bağlı AÇIQLAMA

Tarix:28-08-2024, 21:08
Baxış Sayı:0

 

Moskvanın Bakı-İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya məlumdur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
bu gün keçirdiyi brifinqdə Zəngəzur dəhlizi ilə bağlı danışarkən deyib.

"Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək marşrut Rusiya, Azərbaycan və Ermənistanın Baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir", - o bildirib.

Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” ideyası ilə bağlı İran tərəfinin narahatlığına aydınlıq gətirilməsi üçün Tehrana müraciət etmək lazımdır.

Digər xəbərlər
XƏBƏR LENTİ