Səhər qəzeti

Ukrayna Rusiya ərazisini bu raketlərlə vuracaq? - Britaniya qərarını açıqladı

Tarix:13-08-2024, 14:52
Baxış Sayı:2

Böyük Britaniya hökuməti Ukraynaya Kursk hücuma zamanı “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyib.

Bu barədə “The Telegraph” hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

“Heç bir dəyişiklik baş verməyib”, - mənbə nəşrə bildirib.

Keçən ay Britaniyaya səfəri zamanı Zelenskinin təxminən 250 kilometr mənzilli “Storm Shadow” raketlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün baş nazir Keir Starmerlı danışıqlar apardığı bildirilir.

“Ukrayna, Moskvanın Kurskdakı mövqelərini gücləndirmək üçün istifadə etdiyi cəbhə xəttinin arxasındakı aerodromlara və logistika qovşaqlarına zərbələr endirmək istəyir”, - “The Telegraph” yazır.

Keçmiş Britaniya tank komandiri Hamiş de Bretton-Qordon deyir ki, “Storm Shadow” raketləri “Dəmiryol qovşaqlarını və Kurska aparan əsas yolları, həmçinin 100 mil radiusda (təxminən 160 km) istənilən aerodromları” vura biləcək.

Bildirilir ki, “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı mövqe təkcə Böyük Britaniya hökumətinin mövqeyi deyil, çünki raket Fransada istehsal olunur, yəni Paris də şərtlərdə söz sahibidir.

“Kiyev həmçinin Vaşinqtondan hücum zamanı “Atacms” uzaqmənzilli raketindən istifadə etmək üçün icazə istəyib, lakin bu da indiyədək rədd edilib”, - nəşr yazır.

Nəşrin mənbələri Böyük Britaniyanın mövqeyinin dəyişmədiyini bildiriblər.

Digər xəbərlər
XƏBƏR LENTİ